logo

seirler.info

Sual-cavab

    (Mirzə Ələkbər Sabir)

    CAVAN-QOCA
– Şəhri-mə’lumunuzun vəz’ü qərarı necədir?
– Həmdülillah, necə görmüşdüsə Nuh, oyləcədir!

– Yeni məktəb açılıbmı vətən övladı üçün?
– Az deyil Adəm açan mədrəsə əhfadı üçün!

– Oxuyurmu qəzetə şəhrinizin əhli təmam?
– Bə’zi sarsaq oxumuşlar oxuyur, mən oxumam!

– Ölkənizdə açılıbdırmı qiraətxanə?
– Tazələr açmış idi, qoyduq onu viranə!

– Ac qarındaşlara infaq edilirmi, əmi can?
– Onu görməzmi xuda, el niyə versin ona nan?!

– Bivə övrətlərin əmri alınırmı nəzərə?
– Canı çıxsın, о da getsin yenə bir tazə ərə!

– Ittihad əmrinə dair danışırsızmı barı?
– Danışır bir paramız, leyk boğazdan yuxarı!

– Sünniyü şiə təəssübləri ləğv oldumu ya?
– Nə dedin? Küfr danışdın! Cıraram ağzını ha!

– Qabili-ərz sözüm yox, məni əfv et, gedirəm…
– Bəcəhənnəm ki, gedirsən, səni xud mən nedirəm?!

– Buna bax, ağzına bax, surəti-idbarına bax!
– Başının şapqasına, etdiyi göftarına bax!



______________________________________________
Teqlər:  Mirzə Ələkbər Sabir şeirləri, 
Mirzə Ələkbər Sabir sual-cavab,şeirlər,
sual cavab seiri mirze elekber sabir,seirler,
cavan-qoca sabir

#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər