logo

seirler.info

Ölkəmdə sülh olarsa

    (Elvin Elxanoğlu)
    orta məktəb illərimin şeiri...

    Qəlbdə sevinc yurd salar,
    Göz yaşları quruyar.
    Eldə toy-bayram olar,
    Ölkəmdə sülh olarsa.

    Ellər bilməz dərd, ələm,
    Analar eyləməz qəm.
    Gözəl görünər aləm,
    Ölkəmdə sülh olarsa.

    Kənd, şəhər abadlaşar,
    Taxılımız bollaşar.
    Tarlalar yaşıllaşar,
    Ölkəmdə sülh olarsa.

    Həyatımız dəyişər,
    İşlər səhmana düşər,
    Məhəbbət ülvüləşər,
    Ölkəmdə sülh olarsa.
  
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər