logo

seirler.info

Şuşanın yolları

    (Nəbi Xəzri)
    
    Hər yanda bir məclis qurulub gedir,
    Buz kimi bulaqlar durulub gedir,
    Dağların döşüylə burulub gedir,
    Gör necə qovuşur yollara yollar,
    Siz nə gözəlsiniz, yollar, a yollar.

    Dağın ətəyinə qədəm qoyunca
    Qarqar uğuldayır dərə boyunca,
    Durub hüsnünüzə baxım doyunca
    Baxım heyran-heyran mən sizə,
    yollar,
    Ilk dəfə gəlmişik üz-üzə, yollar!

    Sərin bulaqlardan ellər su içmiş,
    Dostunu düşməndən yaxşıca
    seçmiş,
    Burdan Vaqif ötmüş, Vidadi
    keçmiş,
    Gərək ki, onları tanıya yollar,
    Onların izləri hanı, a yollar?!
    
    Sevirəm çeşməli, sulu dağları,
    Vüqarlı dağları, ulu dağları,
    Döysə də qar, yağış, dolu dağları,
    Dolanıb aparır dağlara yollar,
    Bağçalara yollar, bağlara yollar.
  


    ______________________________________________
    Teqlər:  Nəbi Xəzri şeirləri, 
    Nəbi Xəzri Şuşanın yolları şeiri,seirler,
    susanin yollari seiri nebi xezri,
    şuşanın yolları,nebi xezri seirleri,şeirlər
  
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər