logo

seirler.info

Təbaət

    (Mirzə Ələkbər Sabir)

    - Sərmayeyi-irfanı nasıl kəsb edər insan?
- Təhsili ülum ilə olur rütbeyi-irfan

- Elm isə olur hansı məkandan bizə vasil?
- Məktəbdə kitab ilə olur səylə hasil.

- Ənvai-kütüb buldu nə mərkəzdə təzayid?
- Ol mətbəədən aləmə bəxş etdi fəvayid.

- Kəşf oldu kimin sayeyi-səyində bu sənət?
- Göstərdi Hotenberq bu sənətdə məharət.

- Kafi olub icrası üçün sərvəti barı?
- Məfluk olub icrayə varınca bu şiarı!

- Yetdi necə bəs mövqeyi-ikmalə bu sənət?
- Etdi iki sərvətli zəvat ilə şərarkət.

- Şirkətlə məgər boyləcə müşkül olur asan?
- Şirkətdədir icrayi-əməl, nəfi-firavan.

- Etsək nə olur biz də belə şirkətə iqdam?
- Sus, söylə bizə təfriqəni, ta edək əncam.
-Mirzə Ələkbər Sabir, Hophopnamə. Bakı, "Turan" nəşrlər evi, 2002. səh. 293 ______________________________________________ Teqlər: Mirzə Ələkbər Sabir şeirləri, Mirzə Ələkbər Sabir təbaət şeiri,şeirlər, tebaet seiri mirze elekber sabir,seirler, Sərmayeyi-irfanı nasıl kəsb edər insan

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər