logo

seirler.info

Tələbəlik illəri

    (Cabir Novruz)
    
    Sızlar yada düşəndə
    Ürəyimin telləri 
    O mehriban, o əziz
    Tələbəlik illəri.

    Qəlbi varlı tələbə
    Özü yoxsul tələbə
    Cibləri boş tələbə
    Qayğısı bol tələbə.

    Sənin əziz qədrini
    Çox vaxt qara çörəyi 
    Yavan yeyənlər bilər
    Qışda palto yerinə
    Pencək geyənlər bilər.

    Sevdiyinin yanina
    Bəzən pulsuz gedənlər
    Qayğısız çağlarında
    Sadə otaqlarinda 
    Oturub gələcəkdən
    Şirin söhbət edənlər...
    
    Bir az adi dolanan
    Bir az sadə dolanan
    Fəqət sonsuz eşq ilə
    Bu həyata inanan
    Ürəyi şən Tələbə
    Çətində də,dardada
    Deyən gülən tələbə.
  
  

    ______________________________________________
    Teqlər: Cabir Novruz şeirləri, 
    Cabir Novruz tələbəlik illəri,şeir,seir,
    telebelik illeri seiri cabir novruz,
    şeirlər,cabir novruz seirleri,seirler,şeirlər
  
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər