logo

seirler.info

Telefonlar

    (Elvin Elxanoğlu)
    
    Əsir olduğumuz bu telefonlar
    Dünyadan ayırıb sanki bizləri,
    Ondan başqasına vaxt ayırmırıq,
    Tamam yadlaşdırıb doğma kəsləri.
    \
    Dəyərli olanlar kənarda qalıb,
    Deyərsiz olanı dəyərli edir.
    Ən böyük bəla da burasındadı,
    Milyonlar onların dalınca gedir.

    Əsrin bəlasıdı bu telefonlar,
    Çoxunun ağlını cılızlaşdırıb.
    Baxmayın siz onun kiçikliyinə,
    İnsan həyatını ucuzlaşdırıb.

    Daha düşünmürük, hər ötən zaman
    Dəyərsiz deyil ki, ömürdən gedir.
    Durub düşünməsək, əmin olun ki,
    Dünya uçuruma sürətlə gedir...
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər