logo

seirler.info

Tələsmə

    (Əliağa Vahid)
    
    Səbr eylə, könül, möhnəti-hicranə tələsmə,
Dərd əhli yetər səbrlə dərmanə, tələsmə.

Kam almayacaq ayrılığa bais olanlar,
Aşiq yetəcək sevgili cananə, tələsmə.

Yusif də Züleyxanı məhəbbətlə sevirdi,
Saldırdı Züleyxa onu zindanə, tələsmə.

Dünyayə vəfa eyləmə, çox ağlama, könlüm,
Dünya nə vəfa qıldı Süleymanə, tələsmə.

Pərvanə əgər yansa da şəmin sitəmindən,
Şəmin də yaxar ömrünü pərvanə, tələsmə.

Gül zövqünü çəkmək əbədi xarə də qalmaz,
Bülbül gələr əlbəttə gülüstanə, tələsmə.

Gündən-günə artır bu gözəl huriliqalər.
Dünya dönəcək cənnətü rizvanə, tələsmə.

Vahid, içəcəksən, demə ki, tövbələr olsun,
Cəlb eyləyər axır səni meyxanə, tələsmə.



_______________________________________________
Teqlər:
Əliağa Vahid qəzəlləri,
tələsmə qəzəli,qəzəllər,səbr eylə, Əliağa Vahid tələsmə,qəzəl, Eliaga Vahid,telesme qezeli, Vahid qəzəllər,super qəzəllər, Vahidin qəzəlləri,sevgi qezelleri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər