seirler.info
Tər qaldı həsrətin
(Sevinc Azadlı)
Mən elə bilirdim sənsiz də olar,
Oldura bilmədim olmadı, neynim.
Nə günüm, nə ayım, nə ilim sənsiz,
Sənin xatirənlə dolmadı, neynim.
Zaman atın çapdı vaxtımın üstə,
Qara pişik yatdı baxtımın üstə,
Kədər yerin saldı taxtımın üstə,
Tər qaldı həsrətin, solmadı, neynim.
Hər gecə səninlə yuxumu qatdım,
Sandım ki, nəhayət arzuma çatdım,
Hiyləyə, kələyə belə əl atdım,
Hicranın saçını yolmadı, neynim.
Mən elə bilirdim sənsiz də olar,
Oldura bilmədim, olmadı, neynim.
Nə günüm, nə ayım, nə ilim sənsiz,
Sənin xatirənlə dolmadı, neynim.
19.09.2024
_______________________________________________
Teqlər: Sevinc Azadlı şeirləri
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri