seirler.info
Gördün nə bəla çəkdi başım eşqin ucundan
(Nizami Gəncəvi)
Gördün nə bəla çəkdi başım eşqin ucundan?
Dözdüm qəminə, gəlmədi, bax, dostluğa nöqsan
Məzlumların naləsinə adət edibsən,
Bəs naləmə meyl eyləmədin, sevgili canan?!
Eyb etməz, ürək vermə mənə, çünki gözəlsən,
Dil verməmək adətdi gözəllərdə binadan.
Söylə, bu Nizami necə səbr etsin, əzizim,
Eşqində qərarsız qalacaq, ey məhi-taban!
_____________________________________
Teqlər: Nizami Gəncəvi şeirləri və qəzəlləri ,
Nizami Gəncəvi şeirləri , qəzəllər ,
Nizami Gencevi qəzəlləri ,
Nizami Gencevi seirleri , qezel ,
Nİzami Gəncəvi ucundan qəzəli ,
eşqin ucundan , sənsiz qəzəli ,
klassiklər , klassik ədəbiyyat
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri