seirler.info
Ümid
(Zəlimxan Yaqub)
İşıqlı nəğmələr nəğməkarıyam,
Həsrəti dünyadan itirəcəyəm.
Vətən bağçasında, vətən bağında,
Tərtəzə çiçəklər bitirəcəyəm.
Qoymaram səsimi harınlar uda,
Mənim əmrimdədir torpaq da, su da.
Ölüm nəmənədir məni qorxuda,
Onu bu dünyadan itirəcəyəm.
Ümid ürəklərdə silahdır, silah,
Onu insan üçün yaradıb Allah.
Bükməsin boynunu gələcək, sabah,
Mən onun dadına yetirəcəyəm.
______________________________________________
Teqlər: Zəlimxan Yaqub şeirləri,
Zəlimxan Yaqub ümid şeiri,şeir,
umid seiri zelimxan yaqub,seir,
zelimxan yaqub seirleri,şeirlər
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri