logo

seirler.info

Unudur adam

(Aytəkin Səfərəliyeva)
    
Nə var unutmağa unudur  adam
Silir anıları silir toz kimi.
Bir az gecələrə həsrət yağdırır,
Yarının üstünə səpir duz kimi.

Nə var unutmağa unudur ürək
Unudur yuxular gözümdə səni.
Axşam söz verirəm düşünməyəcəm,
Səhərlər tapıram özümdə səni.

Nə var unutmağa bacararam mən
Sanma ki, acizəm eşqin önündə.
Görsən ağlayarsan unutmağımı
Düşüb xatirələr itin gününə.

Unutmaq asandır geci- tezi var
Bir gün doğmasıyam, bir gün də yadam.
Unuda bilmərəm dediyin kəsi
Hər gün bir az, bir az unudur adam.
Unuda bilmərəm dediyin kəsi,
İlahi! Nə gözəl unudur adam.




  
_______________________________________________
Teqlər:
Aytəkin Səfərəliyeva şeirləri
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər