seirler.info
Ürək
(Bəxtiyar Vahabzadə)
Ürək odur daim yana,
Od püskürə alovlana.
Od vermirsə qəlbə, cana
Demək o heç ürək deyil.
O heç mənə gərək deyil.
Əgər ki, sevinib gülmür,
Döyüntüsün heç kim bilmir,
Çırpıntısı eşidilmir
Demək o, heç ürək deyil.
O heç mənə gərək deyil.
Vətəniyçün lazım gəlsə
Polad kimi gərilməsə,
Torpağına sərilməsə
Demək o heç ürək deyil.
O heç mənə gərək deyil.
Neyləyirəm o ürəyi-
Yox arzusu bir diləyi!?
Bacarmırsa o sevməyi
Demək o heç ürək deyil.
O heç mənə gərək deyil!
______________________________________________
Teqlər: Bəxtiyar Vahabzadə şeirləri,
Bəxtiyar Vahabzadə ürək şeiri,
urek seiri bextiyar vahabzade,seirler,
Ürək odur daim yana
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri