logo

seirler.info

Qaytar məni uşaqlığıma...

    (Elvin Elxanoğlu)
    
    Nə dərdim, nə qəmim var idi onda,
    Bildim qiymətini, axırda, sonda,
    Bütün qohumlarım sağ idi onda.
    Həsrət qalmışam mən o çağlarıma,
    Tanrım, qaytar məni uşaqlığıma...

    Onda saflıq vardı, sədaqət vardı,
    Qocaya, qadına bir hörmət vardı,
    Zaman dəyərləri hara apardı?
    Cavab tapmaq üçün suallarıma,
    Tanrım, qaytar məni uşaqlığıma...

    Kaş birinci sinfə bir də gedəydim,
    “Bənövşə” oynayıb bəndə düşəydim,
    Sim maşın düzəldib elə sürəydim.
    Böyüyüb virusdan qaçacağıma,
    Tanrım, qaytar məni uşaqlığıma...

    Kaş bir də kiçilib uşaq olaydım,
    Anam nağıl deyər, mən uyuyaydım,
    Babama, nənəmə mən sarılaydım.
    Eybi yox, yalnızca bir aylığına,
    Tanrım, qaytar məni uşaqlığıma.
    
    Elvin, həmin günlər qayıtmaz daha,
    Nağıllar da səni uyutmaz daha,
    Dünyanın ümidi yoxdu sabaha.
    Əsir olmuşam mən peşmanlığıma,
    Tanrım, qaytar məni uşaqlığıma...
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər