logo

seirler.info

Var

    (Mirzə Ələkbər Sabir)

    Hər səri-muydə min aşiqi-nalanın var,
Məgər, ey şuх ki, bir cismdə min canın var?

Leyliyə Qeys olur aşiq, sənə min-min Leyli,
Aхtarırsan yenə bir aşiq, əcəb qanın var!

Хahişin tərki-dilü can idi, mən həm etdim,
Söylə, ey yar, görüm şimdi nə fərmanın var?

Eyd-əzhadə qoyun kəsmə, boyun qurbanı,
Aşiqi-zar kimi kəsməyə qurbanın var.

Suzi-binaleyi-pərvanəni gör, ey bülbül,
Səhni-gülzardə ancaq sənin əfğanın var.

Hər mərəz çarəsini eyləmək asandı, təbib,
Mərəzi-eşqə nə tədbir, nə dərmanın var?

Sabira, qərq edər aхir səni bu seyli-bəla,
Olma qafil belə kim, dideyi-giryanın var.



______________________________________________
Teqlər:  Mirzə Ələkbər Sabir şeirləri 
Mirzə Ələkbər Sabir var qəzəli,şeirlər,
var seiri mirze elekber sabir,seirler,
Hər səri-muydə min aşiqi-nalanın var,satira,
şeir, var qəzəli,var şeiri sabir

#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər