logo

seirler.info

Vətəndir

    (Əliağa Vahid)
    
    Könlüm yenə bülbül kimi şeydayi-vətəndir,
Məcnun edən aşiqləri Leylayi-vətəndir.

Yüzlərlə gözəl aşiqi olsam da mən, amma
Qəlbim yenə də aşiqi-sevdayi-vətəndir.

Dünyaya gözəllik verən, əlbəttə, günəşdir,
Ondan da gözəl xəlqə təcəllayi vətəndir.

Qoymaz bu müqəddəs yerə biganə toxunsun,
Hər kəs ki, sədaqətlidir, əbnayi-vətəndir.

Tərifi-behişt eyləməsin xəlqimə heç kəs,
Cənnət də, behişt də bizə səhrayi-vətəndir.

Vahid, elə zənn eylə ki, mən Yusifi-əsrəm,
Məşuqə mənə eşqi-Züleyxayi-vətəndir.



_______________________________________________
Teqlər:
Əliağa Vahid qəzəlləri,
Könlüm yenə bülbül kimi şeydayi-vətəndir , Əliağa Vahid vətəndir qəzəli,qəzəl, Eliaga Vahid,vetendir qezeli, Vahid qəzəllər,super qəzəllər, Vahidin qəzəlləri,sevgi qezelleri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər