seirler.info
Vətən yaxşıdır
(Əliağa Vahid)
Dumanlı dağların başında durdum,
Dumandan özümə bir xeymə qurdum.
Keçdi xəyalımdan öz gözəl yurdum,
Dumanlar başında duman göründü.
Xəzər dənizi tək eşqinlə coşdum,
Xulyalar içində sanki bihuşdum.
Vətən arzusuyla nəğmələr qoşdum,
Tufanlar qarşımda dastan göründü.
Könüllər cəzb edən bu xoş mənzərə,
Şövqümü artırdı şeirə,qəzələ.
Çarpdıqca vətənim,əlim nəzərə,
Təbiət də mənə heyrən göründü.
Deyirlər bülbülə çəmən yaxşıdır,
İnsançün laləzar vətən yaxşıdır.
Vahid,sorma vətən nədən yaxşıdır,
Adı gəlcək könlüm xəndan göründü.
_______________________________________________
Teqlər: Əliağa Vahid qəzəlləri,
Dumanlı dağların başında durdum,şeir,
Əliağa Vahid vətən yaxşıdır,qəzəl,
Eliaga Vahid,Vətən yaxşıdır,Xudayar təsnifi,
Vahid qəzəllər,super şeir,qezel,
Vahidin qəzəlləri,veten yaxsidir