logo

seirler.info

Xocalı

    (Elvin Elxanoğlu)
    
    26 Fevral, o qanlı gecə,
    Böyük bir faciə gördü Xocalı.
    Yer-göy də ağladı onun halına,
    Viranə şəhərə döndü Xocalı.

    İpi başqasında olan düşmənlər
    O gün Xocalıya hücum etdilər,
    Nə qoca, nə qadın, uşaq demədən,
    Yüzlərlə məsumu şəhid etdilər.

    İşgəncə verdilər, əzab verdilər,
    Belə vəhşiliyi tarix görmədi.
    Nə qədər körpələr yetim qaldılar,
    Çoxunun taleyi heç bilinmədi.

    Belə faciəni unutmaq olmaz,
    Bu bir soyqırımdı, dünya sussa da.
    Misli görünməmiş bu vəhşiliyi
    Bizlər unutmarıq, kim unutsa da.
    
    Cəzasız qalmadı bunu edənlər,
    Mərd oğullarımız hesab sordular.
    Qisas qiyamətə qalmayacaqdı,
    Bunu o qatillər unudurdular
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər