logo

seirler.info

Yağış yağır

    (Elvin Elxanoğlu)
    
    Yağış yağır -
    Damlaları döyəcləyir pəncərəmi,
    Nə gözəldi.
    Sanki yağış damcıları
    Həzin bir musiqi olub
    Unutdurur dərdlərimi...
    Bir tərəfdə əsir külək,
    Bir yanda da ildırımlar
    Şaqqıldayır şaraq-şaraq -
    Pəncərənin qabağında dayanmışam
    Əllərimdə qələm, varaq...
    Yağış yağır,
    Seyr edirəm mənzərəni.
    Uzaqda da göy qurşağı
    Ən gözəl rəsm əsəritək
    Valeh edir hər görəni...
    Hər biri bir sübut olub
    İsbat edir Yaradanın qüdrətini!
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər