seirler.info
Yalvarma
(Əliağa Vahid)
Könül, vəfasız olan nazlı yarə yalvarma!
Nə e’tibar ona, bi’etibarə, yalvarma!
Darıxma, yaxşı-yaman ruzgarımız keçəcək,
Bu beş gün ömrə görə ruzgarə yalvarma!
Sənin də bir gün olar novbaharın, ey bülbül,
Xəzan cəfasına səbr eylə, xarə yalvarma!
Faqirə, aciz, məzlumə ehtiram eylə,
Əduyə, qaniçənə, zülmkarə yalvarma!
Vətən uğrunda ölüm mərd üçün səadətdir,
Həyat üçün fələki-kəcmədarə yalvarma!
Müxalif əhlinə baş əymə, sən də Mənsur ol,
“Ənəlhəqq” üstə çəkilsən də darə yalvarma!
Məhəbbət əhlinə, Vahid, həmişə xidmət eylə,
Nə təcdarə, nə bir şəhriyarə yalvarma!
_______________________________________________
Teqlər: Əliağa Vahid qəzəlləri,
yalvarma qəzəli , qəzəl,
Əliağa Vahid yalvarma qəzəli ,
Eliaga Vahid , yalvarma qezeli,
Vahid qəzəllər , super qəzəl ,
Vahidin qəzəlləri , sevgi qezelleri