seirler.info
Məşəl kimi yanan ürək
(Nəbi Xəzri)
İllər gəldi, təzə – təzə
İşıq verdi qəlbə, gözə
Düşdu bizim bəxtimizə,
Məşəl kimi, yanan ürək.
Xalqın, elin, diləyidir,
Vaxtın, əsrin, gərəyidir.
Ürəklərin, ürəyidir.
Məşəl kimi yanan ürək..
Sözü doğma, özü əziz,
Göylər işıq, səma təmiz.
Oldu nurlu taleyimiz.
Məşəl kimi yanan ürək.
İllər gəlib, parlaq – parlaq
Çiçəklənib ana torpaq
Sabahlara yol açacaq
Məşəl kimi yanan ürək.
______________________________________________
Teqlər: Nəbi Xəzri şeirləri,
Nəbi Xəzri məşəl kimi yanan ürək şeiri,
mesel kimi yanan urek seiri nebi xezri,
Məşəl kimi yanan ürək,seirler,şeirlər
nebi xezri seirleri
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri