seirler.info
Könlüm bir ahu gözlü...
(Əliağa Vahid)
Könlüm bir ahu gözlü əlindən yaralıdır,
Gəlməz kəməndə, Azəribaycan maralıdır.
Süzgün baxışla aləmi salmışdır heyrətə,
Ya lənkəranlı, ya bu gözəl astaralıdır.
Hərdən ki, saçları bürüyür gül cəmalını,
Sanki günəş buludda tutulmuş, qaralıdır.
Bir zərrəcə yaxınlığımız olmayıb hələ,
Məndən günəş qədər o pərivəş aralıdır.
Hər gün bir ayrı cür bəzənir qönçə gül kimi,
Əynində tirmə köynəyi var, zərxaralıdır.
Qaş-gözlə gündə yüz can alır, aşiq öldürür,
Alnında tale ulduzu var, ayparalıdır.
Vahid, var olmasa səni heç kimsə istəməz,
Canan sevər o aşiqi pullu-paralıdır.
_______________________________________________
Teqlər: Əliağa Vahid qəzəlləri,
Könlüm bir ahu gözlü əlindən yaralıdır,
Əliağa Vahid yaralıdır qəzəli,qəzəl,
Eliaga Vahid,yaralidir qezeli,
Vahid qəzəllər,super qəzəllər,
Vahidin qəzəlləri,sevgi qezelleri