seirler.info
Yenə varmı
(Əliağa Vahid)
Ey gül, sənə dünyada bərabər yenə varmı?
Səndən də gözəl sevgili-dilbər yenə varmı?
Gülzari cahanda, görəsən, səndən əlavə
Ən incə lətafətli güli-tər yenə varmı?
Qan tökməyə çox mahir idi o gözlərin əvvəl
Ol fitnəli gözlərdə o şakər yenə varmı?
Bülbülləri mən tək gətirən şurə çəməndə
Bir bülbüli-şeyda mənə bənzər yenə varmı?
Yüz aşiqi bir rəmzlə Məcnun eləyənlər
Ol Leyli məlahətli gözəllər yenə varmı?
Sultanlara, xaqanlara baş əyməyən əsla
Dərviş kəramətli qələndər yenə varmı?
Vahid! Hanı Yusif, hanı Səyyar ilə Saqi
Kimdən soraq: ustadımız Azər yenə varmı?
_______________________________________________
Teqlər: Əliağa Vahid qəzəlləri,
yenə varmı qəzəli,qəzəllər,
Əliağa Vahid yenə varmı qəzəli,qəzəl,
Eliaga Vahid,yene varmi qezeli,
Vahid qəzəllər,super qəzəllər,
Vahidin qəzəlləri,sevgi qezelleri