seirler.info
Eşq aləmi aşiqlər ürək qoyduğu yerdi
Eşq aləmi aşiqlər ürək qoyduğu yerdi,
Dildarının aşiqləri tək qoyduğu yerdir.
Düşdünsə o aləmdə qalırsan,çıxış olmur,
Qanunları məkr ilə fələk qoyduğu yerdir.
Məskunlaşaraq sakin olarlar seçilənlər,
Onlar qədəmin məhşərədək qoyduğu yerdir.
Aşiqliyə hər insan olan yüksələ bilməz,
Ariflərin ol məktəb əmək qoyduğu yerdir.
Səhrayə düşən naşılıq etməz, güzar eylər,
Səhra bizə Qeysin gələcək qoyduğu yerdir.
Divanələrin məbədi İman, məzarındır,
Təzim ilə hər dəfə çiçək qoyduğu yerdir.
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri