seirler.info
Yetirdi
(Nizami Gəncəvi)
Vəslin həvəsi ömrümü son anə yetirdi,
Hicran qəminin xəncərini qanə yetirdi.
Karvansaradır qəmli könül eşq yolunda,
Bu dərd yatağı karvanı karvanə yetirdi.
Ömrün gəmisi ruzigarın dalğalarında,
Tufansız ötüb gör necə ümmanə yetirdi.
Tordan qurtaran quş ki, qayıtmaz tora bir də,
Keçmiş ömürü kim yenidən canə yetirdi?
Bilsən niyə biz bilməmişik qədrini vəslin!
Çünki bizi bəxt qəflətən ehsanə yetirdi.
_____________________________________
Teqlər: Nizami Gəncəvi şeirləri və qəzəlləri ,
Nizami Gəncəvi şeirləri , qəzəllər ,
Nizami Gencevi qəzəlləri , qəzəl ,
Nizami Gencevi seirleri , qezel ,
Nİzami Gəncəvi yetirdi qəzəli ,
qezel yetirdi , yetirdi qezeli ,
klassiklər , klassik ədəbiyyat
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri