seirler.info
Yox
(Aytəkin Səfərəliyeva)
Saçlarım dağınıqdır,
Toplamağa həvəsim,yığmağa halım da yox.
Mənim yalan dünyada zərrə məlalım da yox.
Baha olan çox şeyə sahib oldum həyat da,
Baxarsan üst-başıma cahı-cəlalımda yox.
Yalana əl çalanda arif adam olarsan,
Düzə- düz olan zaman qram kamalım da yox.
Mən razıyam ağlıma şübhə etsin ağlı yox,
Mən doğrumdan dönməyim başqa amalım da yox.
Pislik nədir başımı qata bilmərəm heç vaxt,
Mənim qısa ömrümdə buna macalımda yox.
insan kimi yaşayım, ağlım-huşum yerində
İnsan kimi də ölüm qeyri xəyalım da yox.
_______________________________________________
Teqlər: Aytəkin Səfərəliyeva şeirləri
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri