seirler.info
Yoxdu
(Zəlimxan Yaqub)
Mən sevirəm bu dünyanı,
Ocağım var, külüm yoxdu.
Heç bir kəsdən küsməmişəm,
Küsmək var, küsülüm yoxdu.
Tapdanmış bir dağ olasan,
Pozulmuş bir bağ olasan.
Sevgiyə yamaq olasan,
Bundan artıq zülüm yoxdu.
Büdrəməsin eşqin atı,
Bağrına bas kainatı.
Sev dünyanı, sev həyatı,
Sevənlərə ölüm yoxdu.
______________________________________________
Teqlər: Zəlimxan Yaqub şeirləri,
Zəlimxan Yaqub yoxdu şeiri,şeir,
yoxdu seiri zelimxan yaqub,seir,
zelimxan yaqub seirleri,şeirlər
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri