logo

seirler.info

Al dəstəyi zəng elə

(Sevinc Azadlı)

Gözlərim yolda qalıb, qulaqlarımsa səsdə,
Ruhum yorğun düşübdür, vücudum isə xəstə,
Nə könlümü qır mənim, nə də ki, üzr istə,
Al dəstəyi zəng elə!

Bircə dəfə xatırla, bir kəlmənlə sor məni,
Lap belə saatlarla söhbət eylə, yor məni,
Səsinin şəfqətiylə, mehri ilə sar məni,
Al dəstəyi zəng elə!

 Yalqız, səssiz evimin bağrın yarsın zəng səsi,
Duysun soyuq divarlar darıxdıqları kəsi,
Səsin zavallı qızın yaşamağıyçün bəsi,
Al dəstəyi zəng elə!

Al dəstəyi zəng elə, soruş- "necəsən ömrüm",
Niyə axı sayırsan məni heçə sən, ömrüm?!
Kim qarğıdı görəsən tənha keçəsən ömrüm?!
Al dəstəyi zəng elə!

Bu ki, bizim sənilə düşdüyümüz tələdir,
İç səsimiz çox ağır, daşınmaz bir şələdir,
Səbrim səbr kasamdan daşacaqdır, silədir,
Al dəstəyi zəng elə!
Al dəstəyi zəng elə!
 
16.02.2025
 
 



  
_______________________________________________
Teqlər:
Sevinc Azadlı şeirləri
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər